01.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 01.XII.2022-ci il tarixində Ümumdünya QİÇS-ə Qarşı Mübarizə Günü münasibətilə “QİÇS-dən necə qorunmaq olar” adlı məlumat saatı keçirtdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildi MKS-nın 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva. tədbiri açıq elan edərək “Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd ”, Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin tibb işçisi Səfalı Rüstəmova “QİÇS-nədir və ondan necə qorunmaq olar” , təlim tərbiyə işləri üzrə direktor müavini Rasim Alıyev “Valideynlərin və uşaqların QİCS-ə qarşı maarifləndirilməsi”, məktəbin psixoloqu Qətibə Mustafayeva “Azərbaycan hökuməti dəhşətli xəstəliyin qarşısının alınmasına böyük əhəmiyyət verir”, Uşaq birliyi təşkilatının rəhbəri Qənifə Nağıyeva “QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirməkdir”, kitabxana müdiri Ruziyə Abbasova “Dünyanın bu müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin xüsusi qərarı ” adlı çıxışlar etdilər. Maarifləndirmə xarakterli tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.